Müğənni Zenfira İbrahimova həyat yoldaşı Anar Heybətovla boşandığını iddia edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də danışıb.
Zenfira deyib ki, Anarla müəyyən qərarlar veriblər: “Yəqin ki, onlara elə gəlib ki, boşanmışıq. Əvvəllər hamı bizi efirdə, sosial şəbəkələrdə birgə görürdü. Hazırda Anar özünə biznes qurub, övladlarımızın da müəyyən qadağaları var.
Bilirsiniz ki, qızımı heç bir sosial şəbəkədə, heç yerdə görməyiblər. Bir ara “həyat yoldaşı”, “ər” mövzusu o qədər gündəmi zəbt etdi ki, dedilər, “o, mənim ərimdir”, “bu, mənim ərimdir”. Bunlar çox danışıldı, insanları iyrəndirdi. Biz də belə şeylərə diqqət etdik”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta