Ukraynanın bir sıra bölgələri Rusiya ordusu tərəfindən PUA hücumuna məruz qalıb.
APA xəbər verir ki, Hava Hücumundan Müdafiə sistemlərinin işə düşməsi nəticəsində paytaxt Kiyev səmasında bir neçə PUA vurulub və onların qalıqlarının düşməsi nəticəsində bəzi bölgələrdə yanğın meydana gəlib.
İnsan tələfatı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir. Rusiya ordusuna məxsus PUA-lar bundan başqa Sumı, Çerniqov, Poltava, Çerkassı, Xarkov, Kirovoqrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Nikolayev və Odessa səmasında qeydə alınıb.