AZ

İspaniyalı motosikletçi Borxa Qomez Avropa çempionatında sınaq sessiyasında həlak olub

Bakı. Trend:

İspaniyalı gənc motosiklet yarışçısı Borxa Qomez Avropaçempionatının üçüncü mərhələsi çərçivəsində keçirilən sınaqsessiyaları zamanı baş verən qəza nəticəsində 20 yaşında dünyasınıdəyişib.

Trend xəbər verirki, bu barədə idmançının çıxış etdiyi "Team Laglisse" komandasınınmətbuat xidməti məlumat yayıb.

Faciəvi hadisə Fransadakı Maqni-Kors trasında baş verib.

Komandanın açıqlamasında deyilir:
"Böyük kədər hissi ilə bildiririk ki, Borxa Qomez Avropaçempionatının sınaq sessiyalarının ilk mərhələsində baş vermiş ağırqəzadan sonra vəfat edib. Onun yalnız istedadlı motosikletçi deyil,həm də gözəl bir insan kimi xatirəsi bizimlə qalacaq. Mehribanlığıvə təbəssümü heç vaxt unudulmayacaq."

Qeyd edək ki, Borxa Qomez Avropa çempionatında ümumi lidermövqeyində idi və gələcək vəd edən idmançılar arasındagöstərilirdi.

Seçilən
57
az.trend.az

1Mənbələr