ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İtaliyanı bir həftədən artıqdır bürüyən qızmar istilər azı beş nəfərin həyatına son qoyub.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadla xəbər verir.
Xüsusilə də İtaliyanın Sardiniya adasında son günlər havanın temperaturu 40 dərəcəni keçib.
İtaliya Səhiyyə Nazirliyi istilərlə əlaqədar 18 şəhərdə maksimum "qırmızı" vəziyyət elan edib.
Cənubi Koreyada da ekstremal istilər nəticəsində beş nəfər ölüb.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Ölkənin 600-dən çox sakini günvurma səbəbindən həkimlərə müraciət edib.
Qeyd olunur ki, ölkədə gündüz orta temperatur 35 dərəcəyə çatır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.