Bakı. Trend:
Fransada hava nəqliyyatı dispetçerlərinin tətilinin ilk günündəölkədə ciddi aviasiya xaosu yaranıb.
Trend xəbər verirki, bu barədə Fransa Mülki Aviasiya İdarəsi məlumat yayıb.Bildirilib ki, təkcə bir gün ərzində 933 uçuş ləğv olunub.
Etiraz aksiyasında 272 dispetçer iştirak edir. Tətil səbəbindəndaxili və beynəlxalq reyslərdə ciddi ləngimələr və pozuntularmüşahidə olunur.
Avropanın əsas hava yolları assosiasiyası olan “Airlines forEurope” (A4E) bu tətilin təxminən 300 min sərnişinə təsir edəcəyiniproqnozlaşdıraraq vəziyyəti “dözülməz” adlandırıb.
Tətilin nə qədər davam edəcəyi və müvafiq tədbirləringörülüb-görülməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlamaverilməyib.