İndoneziyanın Bali adasının sahillərində 12 heyət üzvü olmaqla 65 nəfəri daşıyan bərənin batması nəticəsində 4 nəfərin həyatını itirib.
Operativ Media xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi batmış bərə ilə bağlı açıqlama yayıb
Açıqlamada göyərtəsində 65 nəfərin olduğu bərənin batması nəticəsində 4 nəfərin həyatını itirdiyi, 29 nəfərin xilas edildiyi, 32 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Surabaya şəhər Axtarış və Xilasetmə Agentliyinin yüksək rütbəli rəsmisi Nananq Sigit verdiyi açıqlamada, "Bərə ilə əvvəlcə əlaqə yarada bilmədik. Daha sonra eyni şirkətin başqa bir bərəsi vasitəsilə əlaqə quruldu. Lakin bu baş verən zaman bərə artıq batmağa başlamışdı", - deyə bildirib.