AZ

Trans-Əfqan Dəmir Yolunun tikintisi sürətləndiriləcək




Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən sammiti çərçivəsində Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini vəzifəsini icra edən Molla Əbdül Qani Barodarı qəbul edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, tərəflər ticarət-iqtisadiyyat, nəqliyyat-logistika, enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin aktual aspektlərini müzakirə ediblər.

Ticarət dövriyyəsinin və birgə müəssisələrin sayının durmadan artması xüsusi məmnunluqla qeyd olunub.

Özbəkistan lideri transsərhəd ticarətin və əlaqədar infrastrukturun daha da inkişaf etdirilməsinin, mədənçıxarma, tekstil və əczaçılıq sektorları, tikinti materialları, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrdə əməkdaşlıq layihələrinin təşviqinin vacibliyini vurğulayıb.

Strateji əhəmiyyətli regional layihənin - Trans-Əfqan Dəmir Yolunun tikintisinin sürətləndirilməsinin zəruriliyi qeyd edilib.

Süleyman
Seçilən
9
1
newscenter.az

2Mənbələr