ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Nigeriya millisinin sabiq qapıçısı Peter Rufai vəfat edib.
Futbolpress.az xəbər verir ki, keçmiş qolkiper 61 yaşında dünyasını dəyişib.
Rufai futbolçu kimi Belçikanın “Lokeren”, “Beveren”, Niderlandın “Qo İhed İqlz”, İspaniyanın “Herkules”, “Deportivo”, Portuqaliyanın “Farense”, “Visente” kimi klublarında çıxış edib. O, Nigeriya yığmasında 65 oyunda meydana çıxıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.