“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı bəyanat verib.
KONKRET.az xəbər verir ki, Ohanyanın bəyanatında deyilir ki, iyulun 1-də Milli Məclisin Sədrinə məktub göndərərək 27 iyundan reabilitasiya mərkəzində müalicəsi aldığı üçün növbədənkənar sessiyada iştirak edə bilməyib:
“Görünən odur ki, Ermənistan Respublikasının hakim qruplaşması mənim müvəqqəti əmək qabiliyyətsizliyimdən xəbər tutaraq, iki əsas məqsəd güdərək mənə və həmkarlarıma qarşı bu şounu təşkil edib.
Bu məqsədlər aşağıdakılardır:
1. İctimaiyyətin diqqətini dövlətimizə qarşı öz əlləri ilə yaradılmış və Azərbaycan hakimiyyəti ilə razılaşdırılmış ağır təhlükələrdən yayındırmaq,
2. Erməni xalqının varlığı və onun mənəvi dəyərləri naminə mübarizə aparan bütün siyasi, ictimai, hərbi xadimləri, xeyriyyəçiləri, din xadimlərini ardıcıl olaraq zərərsizləşdirməyi davam etdirmək”.
Natiq Səlim,
KONKRET.az