AZ

Alonso və "Real" rəhbərliyi ulduz futbolçu ilə bağlı qərar verdi: Getmək istəyirsə...

"Real"ın baş məşqçisi Xabi Alonso və klub rəhbərliyi Rodriqonun bu yay komandadan ayrılma ehtimalını istisna etmir.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klub özü ayrılmaq istəyəcəyi halda 24 yaşlı vingerin gedişinə mane olmayacaq. Rodriqonun nümayəndələri onun "Real"dakı hazırkı vəziyyətindən narazıdırlar.

Daha əvvəl britaniyalı mənbələr yazmışdı ki, "Arsenal" braziliyalı futbolçu üçün 70 milyon funt sterlinq (təxminən 81,2 milyon avro) ödəməyə hazırdır.

Seçilən
30
publika.az

1Mənbələr