AZ

Putin Trampı “yola verir”- ÖZƏL

"ABŞ və Avropa dövlətləri Ukraynaya silah tədarükünü artırması gözlənilir. Bu ilin axırına kimi D. Tramp Ukrayna ilə bağlı müəyyən bir irəliləyişə nail olmağı hədəfləyir. Əgər, Ukraynaya hərbi yardımların  artırılması qərarı verilibsə, hərbi təzyiqlərlə.Rusiyanı danışıqlar masasında güzəştə məcbur edəcək. İrana qarşı hərbi təzyiqlər etməklə, eyni  analoji addımı Ukrayna vasitəsilə Rusiyaya tətbiq etməsi istisna deyil". "Olaylar" xıbır verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ prezidenti Donald Trampla Vladimir Putin arasında telefon danışığında  növbəti dəfə Ukrayna ilə bağlı razılıq əldə edilmədi. Halbuki, ABŞ prezidenti Rusiya ilə razılığa gəlmək və vasitəçi olmağa çalışıdı. Məhz D.Tramp V. Putinə zəng etməzdən iki gün əvvəl Ukraynaya hərbi yardımları dayandırdığını elan etmişdi. Bununla Tramp   Putini atəşkəsə razı salacağına ümid edirdi. Amma, Rusiya prezidenti öz mövqeyində qalaraq, ümumi sözlərlə  Trampı "yola vermiş" oldu. 
Telefon danışığında Vladimir Putin Donald Trampın  atəşkəs şərti ilə razılaşsaydı, Ukraynaya silah tədarükü qadağası qüvvədə qalacaqdı. Telefon danışığında V. Putin Ukrayna ilə bağlı "ilkin məqsədlərə"nail olacağına qədər hərbi əməliyyatları davam etdirəcəyini D. Trampın diqqətinə çatdırıb. Bununla Ukrayna ilə bağlı telefon diplomatiyası fiaskoya uğramış oldu. V. Putinin məqsədi Ukraynanı tam nəzarətə altına almaq, burada yeni hakimiyyət formalaşdırmaq və NATO-nu Şərqi Avropadan çıxarmaqdır. Yəni, Ukraynada qalib gəldikdən sonra, dayanmayaraq, Moldova və Şərqi Avropanı da nəzarətinə almağı hədəfləyir.
Artıq D.Tramp V. Putinlə telefon danışığından razı qalmadığını və  Ukraynaya hərbi yardımları dayandırmadığını elan etdi. Hətta hərbi yardımları artıracağını vurğuladı.  Sayca altıncı telefon danışığından sonra, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı diplomatik danışıqlarda fasilə veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr