AZ

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

"Real Madrid"in yeni transferi Din Höysenin atası Don Höysen sosial şəbəkə hesabında klublararası dünya çempionatının 1/4 final mərhələsinin afişası ilə bağlı maraqlı paylaşım yerləşdirib.

Fanat.Az "Marca"-ya istinadən xəbər verir ki, müdafiəçinin atası “Barselona”nın turnirdə iştirak etməməsini, həmçinin “Atletiko Madrid”in qrupdan çıxa bilməməsini və “Mançester Siti”nin 1/8 finalda uduzmasını ələ salan şəkil paylaşıb. 

Görüntüdə 1/4 finalda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək "Real Madrid"dən fərqli olaraq, "Barselona"nın "Əl-Sofa" (divan), "Atletiko"nun "FK Pult" (televizorun pultu), "Mançester Siti"nin isə "Əl-TV" (televizor) ilə "qarşılaşacağı" əks olunub.



Qeyd edək ki, ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində keçiriləcək "Borussiya Dortmund" - "Real Madrid" oyunu sabah baş tutacaq.

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr