AZ

İngiltərə klubuna transfer qadağası qoyulub

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” komandası transfer qadağası ilə üzləşib.

Bakues.az xəbər verir ki, buna klubun ötən mövsüm “Aston Villa”dan icarəyə götürdüyü futbolçu Lui Barri üçün ödənişi gecikdirməsi səbəb olub. “Hall Siti” sonradan borcu tam ödəsə də, İngiltərə Futbol Liqası klubu cəzalandırmağa qərar verib.

Çempionşip təmsilçisinin rəhbərliyi qərarın ləğvi üçün hüquqi addımlar atmağa hazırlaşdıqlarına və apellyasiya şikayəti verəcəklərinə dair bəyanat yayıb.

“Komandamıza İngiltərə Futbol Liqası (EFL) tərəfindən 2027-ci ilin yanvarınadək transfer qadağası tətbiq olunub. Bu qərara etiraz edəcəyik. Məsələni ən qısa zamanda həll edəcəyimizə inanırıq”, – deyə bəyanatda qeyd edilib.

Seçilən
207
3
icma.az

7Mənbələr