Bakı. Trend:
Nəzərdə tuturuq ki, kontingenti 10 mindən çox olmayanimtahanları gələn ildən etibarən tam şəkildə elektron formadakeçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağızdaşıyıcılar üzərindən təşkil olunacaq.
Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalmərhələsinin tədbirində deyib.
M. Abbaszadə əlavə edib ki, qarşıdakı beş il ərzində bütünimtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:
“Bu, bir tərəfdən müsbət haldır, digər tərəfdən isə bəziçətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlərtəkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sırabeynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həminimtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlarnəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Beləhalları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizimimtahan sistemində də bu cür hallar yaşansın. Buna görə dəmərhələli və ehtiyatlı şəkildə addımlar atırıq”.