Misli premyer-liqasının debütantı "İmişli" növbətini transferini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Azər Salahlı ilə 1 illik müqavilə imzalayıb.
Son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi sosial şəbəkədə xüsusi hazırlanmış videoçarxla təqdim olunub.
Qeyd edək ki, 31 yaşlı futbolçu ölkə çempionatlarında 200 matçda 9 qola imza atıb. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta