İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, 62 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən qadın güləşçisi Ruzanna Məmmədova qızıl medal qazanıb.
O, finalda almaniyalı Leoni Steyqertə 4-3 hesabı ilə qalib gələrək U20 Avropa çempionu olub.