AZ

Şehiç “Qarabağ”a gələsi olmadı

“Qarabağ”a geri qayıdacağı iddia edilən İbrahim Şehiç Ağdam klubunda oynamayacaq.

Bizim.Media xəbər verir ki, 36 yaşlı qapıçının “Qarabağ”a geridönüşü bəzi səbəblərə görə baş tutmayıb.

O, Türkiyəyə qayıdıb və orada Birinci Liqa klubu ilə anlaşıb. Belə ki, Şehiç qarşıdakı mövsümə “Çorum”da başlayacaq. “Qarabağ”ın sabiq üzvü son olaraq Səudiyyə Ərəbistanında “Əl-Halic” klubunun qapısını qoruyub. O, “Jelezniçar”, “Mersin İdman Yurdu”, “Erzurumspor”, “Konyaspor” klublarının formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
21
50
bizim.media

10Mənbələr