"Hazırda bəzi böyük ölkələr gömrük rüsumlarından silah kimi istifadə edərək, iqtisadi və kommersiya əməkdaşlığında təhlükəsizlik anlayışından sui-istifadə edərək, öz milli maraqlarını hər şeydən üstün tuturlar. Bu hərəkətlər sənayedə təchizat zəncirlərinin sabitliyini ciddi şəkildə pozur və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına ciddi ziyan vurur".
“İki sahil” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Fransa və Çinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) üzvü olduğunu qeyd edən Vanq, "Biz Birləşmiş Millətlər Təşkilatının qurucu missiyasını davam etdirməliyik", - deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”