AZ

"Qəbələ" qanalı legionerlə gücləndi

Yeni mövsümə hazırlaşan “Qəbələ” yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" qanalı mərkəz müdafiəçisi İsaak Amoahı heyətinə qatıb. 

24 yaşlı futbolçu ilə "1+1 illik" müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.

Seçilən
7
fanat.az

1Mənbələr