AZ

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.

Mia.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroya nisbətdə bu mümkün olmayıb. Bu da xüsusilə avrozonadan idxala təsir edib.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır.

Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.

Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözügedən idxal məhsullarının qiyməti daha da arta bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
26
mia.az

10Mənbələr