AZ

“Mənim ölkəm, vətənim Azərbaycandı” rusiyalı məşqçi Yekaterinburqdakı qətl haqda

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, son günlərdə Azərbaycanla Rusiya arasında münasibətlər hədsiz gərginləşib, hətta düşmənçilik həddinə çatıb. Hər şeyin əsası Rusiya OMON-unun iyunun 27-si səhər saatlarında Yekaterinburqda yaşayan Səfərovlar ailəsinin evlərinə basqın etməsi ilə qoyulub. Nəticədə Hüseyn və Ziyəddin Səfərovlar amansızlıqla, vəhşicəsinə qətlə yetirilib, daha 6 azərbaycanlı həbs olunub.Azərbaycan futzalında can qoymuş rus mütəxəssis Vitali Borisovun son hadisələrlə bağlı fikrini öyrəndik:

“Siyasətə qarışmaq istəmirəm. Bu haqda danışmağım doğru olmaz. Mən idmançıyam. Onu deyə bilərəm ki, mənim ölkəm, vətənim Azərbaycandı. Azərbaycanda doğulub, boya-başa çatmışam. İstəsəm, çoxdan Rusiyaya gedib vətəndaşlığını qəbul edərdim. Amma etməmişəm. Çünki azərbaycanlıyam”.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
19
icma.az

10Mənbələr