AZ

Hərracın gedişini “Mobil icra” proqram təminatı ilə izləmək mümkün olacaq

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.

Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcək.

Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
bakivaxti.az

10Mənbələr