AZ

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike klublararası dünya çempionatının 1/4 finalında "Bayern Münhen" ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" ispaniyalı mütəxəssisisn oyunöncəsi mətbuat konfransındakı fikirlərini belə təqdim edib:

"Biz dünyanın ən güclü komandalarından biri ilə qarşı-qarşıyayıq. Artıq bu mövsüm "Bayern" ilə qarşılaşmışıq, rəqibimizi tanıyırıq. Bu, iki hücumameyilli komanda arasında açıq matç olacaq. Əminəm ki, azarkeşlər tamaşadan həzz alacaqlar. Məqsədimiz aydındır: qələbə qazanmaq və daha da irəli getmək istəyirik".

Qeyd edək ki, 1/8 finalda "Bayern" "Flamenqo"nu 4:2 hesabı ilə üstələyib, PSJ isə "İnter Mayami"ni darmadağın edib (4:0).

Seçilən
8
fanat.az

1Mənbələr