Müğənni Mərdan Kazımov Cabbar Musayevin "Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb" sözlərinə cavab verib.
Axşam.az xəbər verir ki, sənətçi həmin açıqlamadan sonra C.Musayevlə əlaqə saxladığını deyib. O bildirib ki, C.Musayevdən icazə alıb və müqavilə bağlayıb:
"Xəbəri görən kimi Cabbar əmi ilə əlaqə saxladım. Dedi ki, sənin adını unutmuşdum, amma sonra xatırladım. İndiyə kimi heç bir mahnını icazəsiz oxumamışam. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki çalışdığım şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Cabbar bəylə də studiasında görüşüb, imzalı kağız almışıq. Fotomuz da var. İş günü deyil deyə müqavilə kağızını şirkətdən götürə bilmədim. Bunu yalnız şirkət istəyir deyə etmirəm, müəlliflərə, zəhmətə hörmətdən edirəm.
Hətta mahnıları ifa edən sənət adamları ilə də danışıram, hallalıq alıram".
Cabbar Musayev də sonrada açıqlama verib və bildirib ki, "Başqa birisini sevə bilməzsən" mahnısına icazə verib. O əlavə edib ki, verilişdə Mərdanın adını unudub.