AZ

ADY və Əfqanıstan rəsmiləri əməkdaşlığı müzakirə etdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

Axar.az xəbər verir ki, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
47
axar.az

10Mənbələr