FIFA Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ və Bavariya üz-üzə gəlib.
Sitat.info xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində keçirilən matçın ilk hissəsində "Bavariya"nın ulduz futbolçusu Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə təkbətək mübarizədən sonra zədələnib.
Topuğu sınmış Musiala meydanı xərəkdə tərk edib. Musialanın zədələnməsindən sonra Donnarumma göz yaşlarını saxlaya bilməyib.
Sitat.info