AZ

İmad Faraj "Neftçi"də - rəsmi

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, fransalı sağ vinger İmad Faraj artıq “Neftçi”nin üzvüdü. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK ilə Cənubi Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İmad Faraj ötən mövsüm Cənubi Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib.

Seçilən
9
35
football-plus.az

10Mənbələr