AZ

“Qarabağ”da dörd yerli ulduz peyda olacaq? – Hikmət, Mehdi, Amin və Həbib Çempionlar Liqası yolunda...

“Qarabağ”ın Avstriyada keçirdiyi təlim-məşq toplanışına təkcə əsas heyətin üzvlərini yox, həm də akademiyasının bəzi yetirmələrini apardığından xəbərdarsız.

“Football-plus.az” xəbər verir ki, bunlar Hikmət Cəbrayılzadə, Mehdi Mütəllimli, Amin Rzayev və Həbib Qədimovdu.

Adıç əkilən oyunçular haqda ətraflı məlumaq almaq məqsədilə “köhlən atlar”ın akademiyasının meneceri Nail Kərimova müraciət etdik. Onun cavabı:
“Hikmət və Mehdi yarımmüdafiəçi, Amin və Həbib isə müdafiəçidi. Onların potensialına güvənirik. Nəinki adlarının “Qarabağ”ın Çempionlar Liqası üçün iştirak ərizəsində yer alması, hətta meydana çıxmaq şansları da var. Hər şey özlərindən asılıdı. Məşqçilər korpusunun ümidini doğruldan futbolçular komandada qalacaq. Aminlə Hikmət həm premyer-liqada debüt ediblər, həm də U-21 millimizə dəvət alırlar. Öz yaş qruplarıyla yanaşı, “Qarabağ”ın əsas komandasıyla birgə məşqlərdə də iştirak ediblər. Toplanışın birinci hissəsində də birlikdəydilər. Hər birinə güvənirik”.
KƏNAN BAHADIR
Seçilən
27
3
football-plus.az

10Mənbələr