Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Moskvanın Şeremetyevo hava limanında 174 reys təxirə salınıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasiya məlumat yayıb. Bildirilib ki, 47 reys iki saatdan çox gecikib.
Qeyd olunub ki, bu gün tətbiq edilən məhdudiyyətlərin nəticələrini tez bir zamanda minimuma endirmək üçün hava limanına əlavə işçi qüvvəsi və texnika cəlb edilib.
Xatırladaq ki, bu gün PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo və Peterburqun Pulkovo hava limanlarında uçuşlar dayandırılıb. Nəticədə aeroportlarda kollaps yaranıb.
***
20:23
Rusiyanın hava limanları tamamilə iflic vəziyyətinə çatıb. Təkcə Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüz reys isə təxirə salınıb. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, ən pis vəziyyət Şeremetyevo hava limanındadır. Burada 170-dən çox reys gecikdirilib, 50-yə yaxın aviareys ləğv edilib.
Hazırda orada daha bir sıxıntı gələn sərnişinlərin hava limanını hələ tərk etməyənlərlə qarışmasıdır. İnsanlar yerdə oturmağa və ya uzanmağa məcbur olurlar. Hava limanının kafeləri və biznes salonlarında belə boş yer qalmayıb.
Gələn təyyarələrdən enən sərnişinlərin salondan çıxmasına da icazə verilmir. Onlardan bəziləri eniş edən təyyarənin göyərtəsində artıq dörd saata yaxın vaxt keçirdiklərini bildirir.
Pulkovoda da vəziyyət yaxşı deyil. Orada 30-dan çox reys təxirə salınıb, daha 100-ə yaxın uçuşun vaxtı dəyişdirilib. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir pilotsuz təyyarə hücumu təhlükəsi səbəbindən fəaliyyətini dayandırdıqdan bir müddət sonra açılıb. Bu səbəbdən Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.
Bundan əlavə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdəki hava limanlarında da gecikmələr və ləğvlər var.
Moskva meri Sergey Sobyanin Moskvaya uçan iki pilotsuz təyyarənin vurulduğunu bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.