AZ

"Barselona"dan ayrılır

style='margin-bottom:10px;'>

"Barselona" futbolçusu Pablo Torre ilə yollarını ayırır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "Jijantes" nəşrinə istinadən məlumat yayıb. 

22 yaşlı hücumameyilli yarımmüdafiəçi "Malyorka"ya keçir. "Barselona" bu transferdən 5 milyon avro qazanacaq. Həmçinin oyunçunun gələcək satışından da Kataloniya klubu 50 faiz gəlir əldə edəcək. 

Qeyd edək ki, Pablo Torre 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, ötən mövsüm komandasının heyətində 14 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib. Futbolçunun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Seçilən
30
26
teleqraf.com

10Mənbələr