AZ

Türkiyənin ticarət naziri Ömer Bolat Xankəndidən paylaşım edib

Türkiyənin Ticarət naziri Ömer Bolat Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısı ilə bağlı rəsmi paylaşım edib.

Editor.az xəbər verir ki, nazir paylaşımında Xankəndidə olmaqdan böyük məmnunluq hissi keçirdiyini bildirib:
“Qardaş ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyində və cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı çərçivəsində, azad edilmiş qədim Azərbaycan şəhəri Xankəndidə olmaqdan böyük qürur duyuruq”, – deyə Ömer Bolat qeyd edib.

Nazir, 1985-ci ildə Türkiyənin təşəbbüsü ilə qurulan İƏT-in bölgə ölkələri arasında siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb:
“Bu platforma regional sülhün, rifahın və sabitliyin təminatçısı olaraq əhəmiyyətli mövqeyə malikdir”, – deyə o bildirib.

Ömer Bolat əlavə edib ki, Türkiyə İƏT çərçivəsində qardaş ölkələrlə ticarət dövriyyəsinin artırılması, gömrük proseslərinin asanlaşdırılması və iş dünyası arasında çoxşaxəli əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcək.

“Zirvə görüşündə cənab Prezidentimizin də vurğuladığı kimi, enerji, iqlim dəyişikliyi və təcrübə mübadiləsi sahələrində atılacaq birgə addımlarla 100 milyard dollardan artıq olan regional ticarət həcmini daha da genişləndirməyə və qardaş ölkələrlə həmrəylik ruhunda işləməyə qərarlıyıq”, – deyə nazir bildirib.

Sonda Ömer Bolat bu mühüm zirvənin İƏT üzvü ölkələr arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirəcəyinə, əməkdaşlığın dərinləşməsinə və bölgədə sülhə töhfə verəcəyinə inandığını bildirib.

//Samir Qurbanov, Editor.az 

https://x.com/omerbolatTR/status/1941146252906762320?t=njOByDowzJuTGLBCWfUdAg&s=09

Seçilən
5
50
editor.az

10Mənbələr