AZ

Londonda aksiya zamanı 20-dən çox şəxs saxlanılıb

Bakı. Trend:

Londonda qadağan olunmuş “Palestine Action” təşkilatına dəstəkməqsədilə keçirilən etiraz aksiyası zamanı 20-dən çox şəxssaxlanılıb.

Trend BBC-yəistinadla xəbər verir ki, saxlanılanlar Böyük BritaniyanınTerrorizm haqqında 2000-ci il qanunu əsasında ittiham olunurlar vəhazırda polis nəzarətindədirlər.

Etiraz aksiyası Vestminsterdə baş tutub. Aksiya zamanı çəkilmişfotolarda nümayişçilərin “Soyqırıma qarşıyam, “Palestine Action”adəstəyəm” sözləri yazılmış plakatlar tutduğu görünür.

Qeyd edək ki, “Palestine Action” təşkilatı iyulun 5-dən etibarənrəsmi olaraq Böyük Britaniyada terror təşkilatı kimi tanınıb. Buqərar təşkilatın hüquqşünaslarının yasağın qarşısını almaq üçünməhkəməyə etdiyi müraciətin rədd edilməsindən sonra qüvvəyəminib.

Mövcud qanunvericiliyə əsasən, bu qrupun üzvü olmaq və ya onaaçıq şəkildə dəstək ifadə etmək cinayət hesab olunur və 14 ilədəkazadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Seçilən
159
6
az.trend.az

7Mənbələr