AZ

Ukraynanın müəmmalı partlayışlardan sonra dağılan kəndindən FOTOREPORTAJ

Berezina kəndi Ukraynanın Jitomir vilayətində Belarusla sərhədə yaxındır. Bu günlərdə ardıcıl və həyəcan siqnalları olmadan kənddə baş verən silsilə partlayışlar kəndin yarıdan çox hissəsini dağıdıb.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşı həmin kənddə olub və sakinlərlə söhbət edib.

Sakinlərdən Volodimir Yontenko və Larisa Qavrilyuk bildirib ki, partlayışlar həyəcan siqnalları olmadan və anidən baş verib:

"Kənd alova və dumana bürünərək xarabalığa çevrildi".

Yaxınlıqdakı zavoda olan bu hücumların diversiya qrupları tərəfindən törədildiyi ehtimal edilir. Hücumlar nəticəsində 5 nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir. Evlərin çoxu və kommunikasiya sistemi dağılıb.

Seçilən
22
34
report.az

10Mənbələr