AZ

Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Biləsuvar və Cəlilabad rayonlarının bəzi kəndlərində təmir işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əhatə etdiyi 110 kV-luq “Cəlilabad” hava xəttində 7 iyul tarixində təmir işləri aparılacaq.

Bu səbəbdən saat 10:00-dan 12:00-dək Biləsuvar rayonunun Amankənd, Cəlilabad rayonunun Alar, Günəşli və Sabirabad kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərə enerji təchizatı bərpa olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
50
sherg.az

10Mənbələr