AZ

Birjalarda neft ucuzlaşdı

BAKI, 7 iyul. TELEQRAF

Neft qiymətləri OPEC+ ölkələrinin avqust üçün hasilatı gözləniləndən daha çox artırmaq qərarının bazarları təəccübləndirməsi fonunda ucuzlaşıb. Eyni zamanda, ABŞ-nin tarifləri ilə bağlı qeyri-müəyyənlik və bunun qlobal iqtisadi artıma mümkün təsiri tələblə bağlı gözləntilərə mənfi təsir göstərib.

Teleqraf xəbər verir ki, Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.45% azalaraq 66.97 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 0.37% azalaraq 66.21 dollar təşkil edib.

Seçilən
10
50
teleqraf.com

10Mənbələr