BAKI, 7 iyul. TELEQRAF
Bakının Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 2 paq.m mebel yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.