Bakı. Trend:
Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagirdqəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyatakeçirilib.
Trend xəbər verir ki, bu barədə Elm və TəhsilNazirliyinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, pilot layihə çərçivəsində 20 müəssisəni əhatəedən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.
"2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərəkpilot müəssisələrin sayı 50-yə çatdırılıb. 50 müəssisədə həyatakeçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdinməktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağıproqnozlaşdırılır.
Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növüvə optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnəkfəaliyyət göstərir", - deyə məlumatda qeyd edilib.