Bakı. Trend:
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim XudiyevUEFA-dan yeni təyinat alıb.
Trend xəbərverir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda“Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcəkcavab oyununun hakim-inspektoru olacaq.
A.Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasınınişinə qiymət verəcək.
Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “TengizBurjanadze” stadionunda oynanılacaq.