AZ

Aleksey İsayev yetirməsi olduğu klubun təklifini qəbul etməyib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayevin Rusiyaya qayıtmaq variantı olub.

Oxu.Az xəbər verir ki, "Yenisey"in yetirməsi doğma komandasından təklif alıb.

I Liqa təmsilçisi 29 yaşlı orta sahə oyunçusu hələ "Sabah"da olarkən onunla maraqlanıb. Lakin həmin vaxt "Qarabağ" rusiyalıları qabaqlayaraq İsayevi heyətinə qatıb. "Yenisey" bu yay da Alekseyin transferi ilə bağlı qarşı tərəfin fikrini öyrənməyə çalışıb. Ancaq ağdamlılar oyunçunu buraxmayacaqlarını onlara bildiriblər. Bu üzdən millimizin üzvünün Rusiyaya qayıtmaq variantı baş tutmayıb.

Qeyd edək ki, Aleksey İsayevin "Qarabağ"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
18
oxu.az

10Mənbələr