AZ

"Gəncə Cihazqayırma Zavodu"nun aktivləri 5 %-ə yaxın azalıb

"Gəncə Cihazqayırma Zavodu" ASC 2024-cü ili 2,892 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,2 dəfə çoxdur.

Ötən il "Gəncə Cihazqayırma Zavodu"nun əsas əməliyyat (satışdan) gəlirləri 28,341 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), satışının maya dəyəri 24,184 milyon manat (2,1 dəfə çox), inzibati xərcləri 274 min manat (2,9 dəfə çox), sair əməliyyat xərcləri 247 min manat (3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 745 min manat (4,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Gəncə Cihazqayırma Zavodu"nun aktivləri 13,99 milyon manat olub ki, bu da, illik müqayisədə 4,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,6 dəfə azalaraq 2,175 milyon manata düşüb, balans kapitalı isə 32,4 % artaraq 11,814 milyon manata çatıb.

Xatırladaq ki, "Gəncə Cihazqayırma Zavodu" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.

Seçilən
18
12
report.az

10Mənbələr