Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərəsəyahətlərini daha rahat və planlı şəkildə təşkil etməyə və qiymətdəyişikliklərindən qorunmağa imkan verən yeni onlayn funksiyanıtəqdim edir. “Qiymətin sabitlənməsi” adlanan bu xidmət sərnişinlərəbileti dərhal almadan 24 və ya 72 saat ərzində mövcud qiymətləsaxlamaq imkanı qazandıracaq.
Yenilik xüsusilə reys seçimində qərar vermək üçün əlavə vaxtaehtiyacı olan sərnişinlər nəzərə alınaraq tətbiq olunub. Yenifunksiya biletin mövcud qiymətinin qaldığına əmin olaraq planlarıdəqiqləşdirməyə və alış prosesini sərnişinin seçiminə uyğun müddətəkimi təxirə salmağa şərait yaradır.
Xidmətdən istifadə prosesi olduqca sadə və əlçatandır. Belə ki,sərnişin www.azal.az rəsmisaytında və ya AZAL mobil tətbiqində reysi seçdikdən sonra“Qiymətin sabitlənməsi” funksiyasını aktivləşdirə bilər. Sistem buzaman seçilmiş biletin hazırkı qiymətini avtomatik olaraq 24 və ya72 saat müddətində olduğu kimi saxlayır.
Xidmətdən istifadə edərkən:
- uçuşa 7 və daha çox gün qaldıqda 72 saatlıq sabitləmə üçün 10avro,
- uçuşa 7-4 gün qaldıqda 24 saatlıq sabitləmə üçün isə 20 avroməbləğində ödəniş edilir.
Ödəniş yalnız onlayn şəkildə, bank kartı vasitəsilə həyatakeçirilir. Bu ödəniş biletin əsas qiymətinin tərkibinə daxil deyilvə geri qaytarılmır.
Təyin olunmuş müddət ərzində sərnişin “Rezervasiyanın idarəedilməsi” bölməsinə daxil olaraq biletini rəsmiləşdirə bilər. Bumüddət ərzində alış yekunlaşdırılmazsa, rezervasiya avtomatikolaraq ləğv olunur və ödənilmiş məbləğ geri qaytarılmır.
Bileti sabit saxladıqdan sonra sərnişinlər, həmçinin həmin bölməüzərindən əlavə xidmətlərdən – oturacaq seçimi, əlavə baqaj vədigər funksiyalardan da yararlanmaq imkanı əldə edirlər.
Ətraflı məlumat üçün: https://www.azal.az/az/information/hold-the-price/