AZ

Luis Diaz “Bavariya”ya "yaşıl işıq" yandırdı

Kolumbiyalı hücumçu Luis Diaz bu yay “Liverpul”u tərk edə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı vinger “Bavariya” ilə şəxsi razılıq əldə edib.

Almaniyanın “Bild” nəşri bu barədə məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Bavyera təmsilçisi İngiltərə çempionuna 80 milyon avroluq təklif göndərib. Lakin mersisaydlılar oyunçunu satmaq istəmir. Hazırda hər iki klub arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Liverpul” Luis Diazı 2022-ci ildə “Portu”dan 45 milyon avroya transfer edib.

Niderlandlı futbolçu “Napoli” yolunda

Osimhen addım-addım "Qalatasaray"a - illik 16 milyon avro qazanacaq

"Real" Rodriqo ilə yollarını ayırır?

"Arsenal" Qyökereşin transferinə yaxınlaşır

“Fənərbaxça” Brayt Osayi‑Samuellə yollarını ayırıb

Seçilən
27
12
apasport.az

10Mənbələr