AZ

Almaniyada faciə: Azərbaycanlı tələbənin cansız bədəni tapıldı

Almaniyada

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.Ulusum.az APA-ya istinadən xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Diqqət Çəkənlər

Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş - VİDEO

Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr

Euronews Georgia-nın qurucusu Ramişviliyə 10 il həbs cəzası təhlükəsi

Seçilən
4
50
ulusum.az

10Mənbələr