Karyerasını bitirən Xorvatiya yığmasının sabiq futbolçusu İvan Rakitiç “Hayduk”da çalışacaq.
Msport.az xəbər verir ki, ona klubda texniki direktor vəzifəsi verilib.
Bu barədə Split klubunun yeni idman direktoru Qoran Vuçeviç bildirib. Klub rəsmisi Rakitiçlə çalışmağın şərəf olduğunu söyləyib. Rakitiç 2024-25 mövsümü başa çatdıqdan sonra karyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, “Hayduk” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Neftçi Arena”da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.