AZ

SON DƏQİQƏ! Bu şəxslər vergi ödəməyəcək...

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Bu qanuna əsasən kimlər sosial vergi ödəməyəcək? Ümumiyyətlə sosial vergi nə üçün tətbiq edilir?


Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Referans-a açıqlama verib. Ekspert bildirib ki, yeni qanunvericiliyə görə əlilliyi olan şəxslər elektron ticarət vasitəsilə əl işlərini satarkən əldə etdiyi gəlirlər bu cür sosial sığorta haqqından azaddır. Eyni zamanda bu gəlirlərdən 2% mənbədən tutulmaqla vergi tutulacaqdır. Həmçinin bu şəxslər elektron portalda qeydiyyatdan keçməklə vergi hesabatlarını təqdim etmək kimi inzibati tələblərdən də azad olacaqlar. Təkcə vergilərdə yox, bu cür ayrıca işlərdə də istisnalar onlar üçün keçərlidir.  Sosial vergi nədir? Nə üçündür?




Elçin Rəşidov  onu da bildirib ki, söhbət burada sosial sığortadan gedir. Sosial sığorta bir sosial vergi növüdür. Bu məcburi "Dövlət sosial müdafiə" fonduna köçürülən puldur. Burada məqsəd isə ölkədə pensiya təminatının - yaşlı insanların, o cümlədən əlliliyə görə olan pensiyalar və ailə üzvlərini itirməyinə görə olan pensiyalar təbii ki, bu mənbə hesabına formalaşır və ödənilir. Bundan əlavə müxtəlif əlillik, həkim yardımı, işsizlik sığortasına görə yardımlar və müavinətlər qeyd edilən bu mənbədən sosial vergi hesabına formalaşır. Bunlar sosial sığortalardır.


"Eyni zamanda həmin fondun özünün idarəçilik xərcləri də var. O da insanların ödədiyi puldan formalaşır. İnsanlar idarə və administrativ xərclərini də təbii ki, bunun vasitəsilə ödəmiş olurlar. Qısa desək sosial vergi sistemi ölkədə əsas, müxtəlif həssas qruplar üçün (yaş, əlillik və s.) maliyyə təhlükəsizliyi rolunu oynayır. Ki onların gəlirlərində, rifahında müəyyən sabitlik qorunub saxlana bilsin", - deyə Elçin Rəşidov qeyd edib.


Məmmədov Hüseyn

Referans  

Seçilən
20
48
referans.az

10Mənbələr