AZ

DTX və DSX əməliyyat KEÇİRDİ

İmişlidə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə əməliyyatı zamanı 42 kiloqrama yaxın narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb.

News24.az-ın məlumatına görə, külli miqdarda n@rkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəddinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

Aqil Qarayev

Seçilən
25
15
news24.az

10Mənbələr