AZ

Tanınmış müğənni ÖLÜMDƏN DÖNDÜ: “Görüblər məni qan aparır...”

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Görürlər vəziyyətim çox pisdir, məcbur olub, əməliyyatı bir neçə saat dayandırırlar”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Gülüstan Əliyeva “Afaqla 10lar” verilişində deyib.

Sənətçi illər öncə ölümdən döndüyünü deyib:

“8-9 il əvvəl səs tellərimdə problem yaranmışdı. əməliyyat üçün İstanbula getdim. Lor həkimim də mənimlə bərabər əməliyyatda iştirak edirdi. Narkoz verən erməni idi, sonra bildim. Əməliyyat zamanı havanı tənzimləmək üçün boğazımı deşərək trubkanı keçirmişdi. Məni qan aparır, başlayıram boğulmağa. Görürlər vəziyyətim çox pisdir, məcbur olub, əməliyyatı bir neçə saat dayandırırlar. Gözləyib sonra davam edirlər. Bunu hətta ən yaxı adamlarıma deməmişdim”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
14
news24.az

10Mənbələr