AZ

“Qarabağ” Ukrayna klubuna məğlub oldu - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Xarkov “Metallist”i ilə qarşılaşıb.

Razılaşmaya əsasən komandalar 30 dəqiqə olmaqla 4 hissədə mübarizə aparıblar. Kaprun stadionunda baş tutacaq matçda qapılara 9 qol vurulub. Ukrayna təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində iki dəfə Nəriman Axundov, Aleksey Kaşuk və Emmanuel Addai fərqləniblər.

Yoxlama oyunu

7 iyul

19:30. "Qarabağ" – “Metallist” (Xarkov, Ukrayna) - 4:5

Qollar: Nəriman Axundov (2). Aleksey Kaşuk. Emmanuel Addai Avstriya, Kaprun stadionu

Qeyd edək ki, Bakı toplanışında "Zirə"ni 4:0 hesabı ilə məğlub edən “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək.



Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
37
bizim.media

1Mənbələr