AZ

Serbiyada bir gündə 600-dən çox yanğın qeydə alınıb

Bakı. Trend:

Həddindən artıq istilər və qasırğalı küləklər fonunda Serbiyadameşə yanğınlarının sayında kəskin artım müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın Daxili İşlərNazirliyi xəbər verib.

Məlumata əsasən, təkcə iyulun 7-si saat 7:00-dan 19:00-dək ölkəüzrə 620 açıq hava yanğını qeydə alınıb.

Bildirilib ki, hadisələr zamanı iki yanğınsöndürən və dörd mülkişəxs yaralanıb, ölən olmayıb.

Yanğının söndürülməsinə bütün mövcud imkanlar - Daxili İşlərNazirliyinin Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, xüsusitexnikası və helikopter bölməsi cəlb olunub.

Seçilən
67
az.trend.az

1Mənbələr