AZ

Husilərin Qırmızı dənizdə gəmilərə hücumları regional sülhə təhlükə yaradır - Aİ

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Yəmən husilərinin iyulun 6-da Qırmızıdənizdə "MV Magic Seas" yük daşıyıcısına hücumunu pisləyib vəonların hərəkətlərini regional sülhə təhdid kimiqiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə Avropa Xarici FəaliyyətXidmətinin rəsmi nümayəndəsinin bəyanatında deyilib.

"Bu hücumlar qlobal ictimai sərvət kimi regional sülh vəsabitliyi, qlobal ticarəti və naviqasiya azadlığını birbaşa təhdidedir. Bu, Yəməndə onsuz da ağır olan humanitar vəziyyətə mənfitəsir göstərə bilər. Bu hücumlar dayandırılmalıdır", - deyəbildirilib.

Sənəddə qeyd edilib ki, hücum ekipajın həyatını riskə atıb,onlar təxliyə edilməli olub və gəmi hazırda sürükləndiyindən vəbatmaq təhlükəsi ilə üzləşdiyindən regionda böyük ekoloji fəlakətriski yaranıb.

Seçilən
52
az.trend.az

1Mənbələr